Ukraynaya məxsus dronlar Tver bölgəsindəki  Wildberries anbarına zərbələr endiriblər

Ukraynaya məxsus dronlar Tver bölgəsindəki Wildberries anbarına zərbələr endiriblər

11:28
Bəyəndim (0) Bəyənmədim (0)


Ukraynaya məxsus dronlar Tver bölgəsindəki Wildberries anbarına zərbələr endiriblər, partlayılar eşidilib, yanğın başlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə qubernator Vitali Korolovun açıqlamasında deyilir. Onun sözlərinə görə, zərbələr nəticəsində anbarda başlayan yanğın böyük fəsadlara yol açıb, amma işçilər arasında xəsarət alan olmayıb.

Rusiya mediası bildirir ki, anbar Emmaus xüsusi iqtisadi zonasındakı Wildberries logistika kompleksinə aiddir. Obyekt Moskvadan təxminən 150 km məsafədə yerləşir.

77.000 kvadratmetrlik kompleksin birinci mərhələsi 30 aprel 2026-cı ildə açılıb. Tikinti başa çatdıqdan sonra ümumi anbar sahəsinin 150.000 kvadratmetrə qədər artacağı gözlənilir.

Bildirilib ki, Rusiya Wildberries bazarı infrastrukturuna edilən hücumlar səbəbindən anbar tutumunun təxminən üçdə birini itirib. Yanan ərazilərdə təxminən 480 milyard rubl (5,8 milyard dollar) dəyərində malların məhv ola biləcəyi təxmin edilir.

Əziz MUSTAFA