Brent markalı neftin qiyməti 89,47 dollara yüksəlib

Brent markalı neftin qiyməti 89,47 dollara yüksəlib

Bəyəndim (1) Bəyənmədim (0)

Çərşənbə günü səhər saatlarında neft qiymətləri, ABŞ və İran arasında tezliklə sülh sazişinin imzalanacağına dair şübhələrin yaratdığı artımın ardınca mülayim şəkildə yüksəlir.

Bakı vaxtı ilə saat 09:04-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri bir barel üçün 89,47 dollar səviyyəsində ticarət olunur ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,56 dollar (0,63%) bahadır. Çərşənbə axşamı bu fyuçerslərin qiyməti 1,19 dollar (1,4%) artaraq 88,91 dollara çatmışdı.

Bu barədə Oxuməni az "İnterfaks"a istinadən xəbər verir.

Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin sentyabr fyuçersləri isə 0,58 dollar (0,7%) bahalaşaraq bir barel üçün 83,78 dollar təşkil edib. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 1,07 dollar (1,3%) artaraq 83,2 dollara yüksəlmişdi.

Almaz Həsənli