Estoniya Ukraynaya qışa hazırlıq üçün vəsait ayırır
Estoniya Ukraynanı daha bir çətin qışa hazırlamaq üçün 340.000 avro ayırıb. Yardım əhalinin ən çox ehtiyac duyduğu bölgələrə yönəldiləcək.
Estoniya Ukraynaya qışa hazırlıq üçün 340.000 avro ayırıb. Oxuməni.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
"Estoniya Ukraynanı daha bir çətin qışa hazırlıqda dəstəkləməyə davam edir", Estoniya Xarici İşlər Nazirliyi qeyd edib.
Vəsaitlər qeyri-hökumət təşkilatları vasitəsilə paylanacaq. Əsas diqqət köməyə ən çox ehtiyac duyulan cəbhə bölgələrinə yönəldiləcək. Ukraynalı ailələr, məcburi köçkünlər və xilasetmə işçiləri yardım alacaqlar.
Xəbər verildiyi kimi, iyul ayında beynəlxalq tərəfdaşlar Ukrayna Enerji Dəstək Fonduna əlavə 180 milyon avro ayırıblar və ianələr İsveç, Norveç, Danimarka və İslandiyadan gəlib.
Əziz Mustafa


























.jpg)
























































