Media Paşinyanın Simonyana hansı vəzifəni verəcəyini öyrənib
Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun parlament seçkilərindən sonra vəzifəsiz qalan keçmiş parlament sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin etmək niyyətindədir. Oxuməni.az xəbər verir ki, bu barədə MakaryanNews onlayn resursu məlumat yayıb.
“Hraparak” qəzeti əvvəllər Paşinyanın hazırkı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxminən səkkiz ildir tutduğu vəzifəyə yenidən təyin etməyə meylli olmadığını bildirmişdi.
"Paşinyan Alen Simonyan üçün əvvəlki statusuna uyğun bir vəzifə tapıb və tezliklə onu kifayət qədər nüfuzlu bir vəzifəyə - yenə də mühafizə, müşayiət maşınları və geniş səlahiyyətlərə malik vəzifəyə təyin edəcək. Xüsusilə, aldığımız məlumata görə, Paşinyan yaxın günlərdə Simonyanı Armen Qriqoryanın yerinə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin etmək niyyətindədir", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, hökumət dairələrində Təhlükəsizlik Şurasının katibi vəzifəsinin Paşinyanın üçüncü dəfə evlənən keçmiş parlament sədrinə toy hədiyyəsi olacağı barədə zarafatlar var.
Almaz Həsənli


















.jpg)
































































