AB-nin təxminən 40%-i quraqlıqdan əziyyət çəkir
AB-nin təxminən 40%-i quraqlıqdan əziyyət çəkir. Oxuməni.az xəbər verir ki, bu barədə Euractiv-in məlumatında deyilir. Qeyd edilir ki, quraqlıq AB-nin 38%-də müşahidə olunub.
Portala görə, bu rəqəm əkin sahələrinin 14,8%-ni və meşələrin 14,5%-ni əhatə edir. Quraqlıq əsasən Qərbi Avropada meşə yanğınları, həddindən artıq istilər və yağıntının olmaması səbəbindən müşahidə olunur.
Euractiv-in qeyd etdiyi kimi, quraqlıq AB-də heyvandarlıq sektoruna əhəmiyyətli dərəcədə təsir göstərir. Fermerlər qurumuş otlaqlar və zədələnmiş yem bitkiləri səbəbindən qış yem ehtiyatlarından istifadə etmək məcburiyyətində qalırlar.
Zeytun yağı və şərab istehsalından tutmuş əsas yem bitkiləri olan qarğıdalı və günəbaxanlara qədər müxtəlif sənaye sahələri təsirlənib.
10 avqustda Almaniyanın "Der Spiegel" qəzeti xəbər vermişdi ki, bu yay Avropanın böyük bir hissəsini bürüyən həddindən artıq isti və quraqlıq AB-nin 2026-cı ildə gözlənilən iqtisadi artımını ləğv edə bilər.
İsti havanın yaratdığı iqtisadi pozuntular AB-nin ümumi daxili məhsulunu təxminən 1% azalda bilər ki, bu da təxminən 180 milyard avro itkiyə bərabərdir. Qeyd olunan əsas amil əmək məhsuldarlığının azalmasıdır ki, bunun da ÜDM-i 0,6% azaltacağı təxmin edilir.
Əziz MUSTAFA


























.jpg)
























































