İtaliyada Ukrayna ilə əməkdaşlıq edən sursat fabrikində partlayış baş verib
Roma yaxınlığındakı böyük sursat fabrikində yanğın və partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Bu barədə Oxuməni.az Ansa-ya istinadən məlumat verib.
Hadisə 13 avqust cümə axşamı günü İtaliya paytaxtının cənubunda yerləşən Kolleferro şəhərində baş verib. Yanğın və partlayış hazırda KNDS Ammo Italy şirkətinə məxsus keçmiş Simmel Difesa zavodunun ərazisində baş verib.
Partlayış birbaşa barıt presləmə sexində baş verib. Yerli sakinlərin sözlərinə görə, güclü partlayış səsi eşidilib, ardınca zavodda həyəcan siqnalı verilib.
Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası gəlib. Lakin ikinci dərəcəli partlayış riski və yüksək təhlükə səbəbindən yanğınsöndürənlər müvəqqəti olaraq yanğını söndürə bilmirlər. Partlayışın səbəbi araşdırılır.
Zavod quru və dəniz müdafiəsi üçün orta və iri çaplı sursatlar, eləcə də aerokosmik buraxılış vasitələri üçün bərk yanacaq istehsal edir.
Qeyd etmək lazımdır ki, KNDS Ammo Italy, Ukrayna ilə sursat və silah təchizatı istehsalında əməkdaşlıq edən Avropa müdafiə qrupunun KNDS-in bir hissəsidir.
Qrupun İtaliyadakı törəmə şirkəti 40-dan çox ölkəyə sursat tədarük edir. KNDS Ukraynaya silah və sursat tədarükünü təsdiqləyir, lakin bu, KNDS Ammo Italy-nin təchizatçı olduğu anlamına gəlmir.
Xatırladaq ki, Avropa Birliyi üzv dövlətləri öz ehtiyatlarından Patriot hava hücumundan müdafiə sistemləri üçün raketləri ən qısa müddətdə Ukraynaya təhvil verməyə çağırıb.
Polşa Ukraynaya yeni Patriot hava hücumundan müdafiə raketləri partiyası verməyi düşünür. Qarşıdakı günlərdə qərar verilə bilər.
"Politico" əvvəllər Avropa ölkələrinin Ukraynaya verə biləcəkləri "Patriot" raketlərinin ehtiyatlarını demək olar ki, tükəndirdiklərini bildirmişdi. Sursat çatışmazlığı səbəbindən Kiyev əslində hər bir tutucu raket uğrunda rəqabət aparmaq məcburiyyətində qalır.
Əziz Mustafa













.jpg)
.jpg-1.jpg)



















.jpg)
















































