Zelenski Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd tapa bilmir
Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanın işdən çıxarılmasından sonra ABŞ-da yeni Ukrayna səfiri tapmaqda çətinlik çəkib.
Bu barədə Oxuməni.az Politico-ya istinadən məlumat yayıb.
Zelenski əvvəlcə keçmiş Baş nazir Yuliya Sviridenkonu ABŞ-da səfir təyin etməyi düşünüb, lakin o, imtina edib.
"Sirr deyil ki, mən Yuliya Sviridenkoya güvənirdim və ona ABŞ-da səfir vəzifəsini təklif etdim", - deyə prezident iyulun sonlarında bildirib.
O, Vaşinqtonda yüksək ixtisaslı bir insanı - Baş nazirin müavini, nazir və ya Baş nazir səviyyəsində görmək istədiyini qeyd etdi.
Lakin Sviridenkonun imtinasından sonra uyğun namizəd tapmaq çətinləşdi. Mənbələrə görə, potensial namizədlər iş şəraitindən və ABŞ Prezidenti Donald Trampın gözlənilməz administrasiyası ilə qarşılıqlı əlaqədə olmaq ehtiyacından ehtiyat edirlər.
Keçmiş Baş nazirin müavini və Parlament üzvü İvana Klimpuş-Tsintsadze bildirib ki, nüfuzlu ukraynalılar effektiv işləmək üçün kifayət qədər azadlığa malik olmamaqla bağlı narahatlıqlar səbəbindən bu vəzifəni qəbul etməkdən çəkinə bilərlər.
Eyni zamanda, keçmiş ukraynalı diplomat qeyd edib ki, namizəd yoxdur demək şişirtmə olardı.
"Əlbəttə ki, bu işi istəyən insanlar var, amma tələblərə həqiqətən cavab verən heç kim yoxdur", - deyə o bildirib.
"Politico" qeyd edir ki, ABŞ-da səfirin uzun müddət olmaması, məhz Vaşinqtonun silah, hava hücumundan müdafiə, kəşfiyyat və mümkün sülh danışıqları şərtləri ilə bağlı qərarlar qəbul etdiyi bir vaxtda, Ukrayna üçün ciddi problemə çevrilə bilər. Bu arada, millət vəkili Yaroslav Yurçişin Zelenskinin ABŞ-da ara seçkilərə qədər yeni səfir təyin edə bilməyəcəyini irəli sürdü.
"Bu seçkilər baş tutana qədər siyasi mənzərəyə kimin daha uyğun gələcəyini mühakimə etmək çətin olacaq", - deyə o bildirib.
Xatırladaq ki, avqustun əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişinanı vəzifəsindən azad edib.
Stefanişinaya daha sonra 13,9 milyon qrivnadan çox qanunsuz varlanma və aktiv bəyannaməsində yalan məlumat təqdim etmək ittihamı irəli sürülüb.
Zelenski daha əvvəl keçmiş Baş nazir Yuliya Svırıdenkoya Ukraynanın ABŞ-dakı səfiri vəzifəsini təklif etdiyini bildirmişdi.
Əziz Mustafa























.jpg)
.jpg-1.jpg)





























.jpg)





























