Brent markalı neftin qiyməti bir barel üçün 87,1 dollar ətrafındadır
Neft bazarı sabitləşib, lakin Yaxın Şərqdə münaqişənin nizamlanması perspektivləri ilə bağlı qeyri-müəyyənliyin davam etməsi fonunda həftəni inamlı artımla başa vurmağa hazırlaşır.
Bu barədə Oxuməni.az “İnterfaks”a istinadən məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:25-ə olan məlumata görə, Londonun ICE Futures birjasında oktyabr fyuçersləri üzrə Brent markalı neftin qiyməti 0,03 dollar (0,03%) artaraq bir barel üçün 87,1 dollara yüksəlib. Cümə axşamı Brent 1,91 dollar (2,15%) ucuzlaşaraq 87,07 dollar olub.
Bu vaxta qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində sentyabr fyuçersləri üzrə WTI markalı neftin qiyməti 0,09 dollar (0,11%) artaraq bir barel üçün 81,34 dollara çatıb. Əvvəlki sessiyada kontraktın qiyməti 2,02 dollar (2,4%) azalaraq 81,25 dollar təşkil edib.
Həftənin əvvəlindən etibarən neftin qiyməti 4% artıb.
Almaz Həsənli























.jpg)
.jpg-1.jpg)



























.jpg)






































