Bakıda keçirilən Formula 2 Azərbaycan Qran- Prisində zəncirvari qəza baş verib

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran- Prisində zəncirvari qəza baş verib

15 Sentyabr 13:41
Bəyəndim (4) Bəyənmədim (0)


Bakıda keçirilən Azərbaycan Qran- Prisində Formula 2 sinfi üzrə avtomobillərin əsas yarışı bu gün saat 11:35-də start götürüb.
Təsnifatda ən yaxşı nəticəni “Trident” komandasından Riçard Verşor göstərib, “Prema Racing”-dən Andrea Kimi Antonelli ikinci, “Art Grand Prix” pilotu Viktor Martins ilk üçlüyü tamamlayıb.
Əsas yarışın startında beş avtomobil toqquşub.
Onlardan bəziləri dağılıb, bundan sonra trasda qırmızı bayraq qaldırılıb, lakin pilotlardan xəsarət alan olmayıb.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran -Prisinin əsas yarışı bu gün saat 15:00-da başlayır.
Almaz Həsənli