Pyer Qasli  Formula 1 üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb

Pyer Qasli Formula 1 üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb

15 Sentyabr 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

"Alpin" pilotu Pyer Qasli Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb.

Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Qərarı Beynəlxalq Avtomobil Federasiyasının stüardları qəbul ediblər.

Bildirilib ki, sürücünün bolidi sıralama turunda icazə verilən yanacaq sərfiyyatını aşıb.

O, bu səbəbdən diskvalifikasiya olunub.

Qasli sıralama turunda 13-cü yeri tutsa da, əsas yarışa sonuncu-20-ci pillədə start verəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı saat 15:00-da başlayacaq.

Oxuməni.az