Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq yüksək səviyyədə təşkil olunub

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq yüksək səviyyədə təşkil olunub

14 Sentyabr 17:14
Bəyəndim (1) Bəyənmədim (0)

Paytaxtımız Bakı ötən illərdə olduğu kimi bu il də Azərbaycan Qran Prisinə ev sahibliyi edir. Ölkəmizdə yarışa hazırlıq yüksək səviyyədə təşkil olunub. Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün bütün təşkilatı işlər ən xırda məqamlar belə nəzərə alınmaqla yüksək səviyyədə təşkil olunub.

Xatırladaq ki, yarışı 300 yaxın media işıqlandırır.

Demək olar ki, tədbirin bütün hazırlıq işləri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunub. Media işçiləri üçün ayrılmış 450 nəfərlik tutumu olan mərkəzdə jurnalistlərin rahat işləmələri üçün hər çür şərait yaradılıb.

Yarış çərçivəsində beynəlxalq KİV nümayəndələri üçün ənənəvi media tur təşkil edilib. Maraqlı təşkil olunan turda jurnalistlərə həm də Azərbaycanın nə qədər zəngin tarixinin olduğu izah edilib.

Məlumat üçün qeyd edək ki, tədbir 13 sentyabrda başlayıb və 15 sentyabrda yekunlaşacaq.

Biz də oxuməni.az saytının əməkdaşları olaraq hər il bu tədbirə dəvət alırıq və bütün gördüklərimizi olduğu kimi zaman-zaman oxucularımıza çatdırmağa çalışırıq…

Emin Axundov və Murad Şahməmmədov
Oxuməni.az