Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum olub

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum olub

14 Sentyabr 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı üzrə qaliblər məlum olub.

11 komandanın mübarizə apardığı yarışda "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Durksen birinci yeri tutub. Ondan sonra ən yaxşı nəticəni DAMS komandasının amerikalı sürücüsü Cek Krauford göstərib. "Prema" sürücüsü italiyalı Qabriel Mini üçüncü nəticə ilə qaliblər arasında olub.

Xatırladaq ki, dünən keçirilən birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi finişə hamıdan tez çatıb.

Sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Riçard Versçor birinci yeri tutub.

Emin Axund, Murad Şahməmməd