Avropa ölkələri  güclü yağışlara və sərt qışa hazırlaşırlar

Avropa ölkələri güclü yağışlara və sərt qışa hazırlaşırlar

14 Sentyabr 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiyada başlayan güclü yağış Polşa, Almaniya, Avstriya və Slovakiyada mənfi təbii fəsadlara səbəb olacaq, DW yazır.

Polşa-Çexiya sərhədindəki yüksək dağlıq ərazilərdə 400 mm-ə qədər yağıntı gözlənilir. Bu fonda Polşa hakimiyyəti ölkənin cənub bölgələrində pis hava şəraitinə ən yüksək hazırlıq səviyyəsini artıq elan edib, Avstriya və Slovakiyada isə həftəsonu kütləvi tədbirləri ləğv ediblər.

Çexiyanın Ətraf Mühit Naziri Petr Hladik vəziyyəti ölkə əhalisinin 1997 və 2002-ci illərdə, daşqınların onlarla insanın ölümünə və milyardlarla avro ziyana səbəb olduğu dövrlərlə müqayisə edib.

Bundan əlavə, Bavariyada Alp dağlarının bəzi yerlərində 60-100 mm yağış gözlənilir və Almaniya Meteorologiya Xidməti ilin ilk güclü qar yağacağını, 1500 metrdən yuxarı bölgələrdə 50 santimetrə qədər qar yağacağını proqnozlaşdırır.

Oxuməni.az