Yaponiyanın baş naziri və Tramp  əməkdaşlıq etmək niyyətindədirlər

Yaponiyanın baş naziri və Tramp əməkdaşlıq etmək niyyətindədirlər

7 Noyabr 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın baş naziri Şiqeru İşiba və ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp telefon danışığında ittifaqın daha da gücləndirilməsi üçün əməkdaşlıq etmək niyyətlərini açıqlayıblar. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi məlumat verib.

"Telefon danışığı zamanı Baş nazir İşiba Trampı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib. İşiba və Tramp Yaponiya-ABŞ müttəfiqliyini yeni zirvələrə çatdırmaq üçün əməkdaşlıq etmək niyyətlərini təsdiqləyiblər".

Bundan əlavə, Hayaşi qeyd edib ki, tərəflər yaxın vaxtlarda şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.

Oxuməni.az