Kanada TikTok-un ölkədəki fəaliyyətini dayandırır
Kanada milli təhlükəsizlik təhdidləri səbəbindən TikTok-a ölkədəki fəaliyyətini dayandırır.
Kanada hökuməti Çinin TikTok sosial şəbəkəsinin nümayəndəliyinə ölkədəki işini məhdudlaşdırmağı əmr edib. Səbəb milli təhlükəsizliyə təhdiddir.
Kanadanın innovasiya, elm və sənaye naziri Fransua-Filip Şampanın bəyanatında deyilir.
Qeyd olunur ki, Kanadada TikTok-un bağlanması ölkənin kəşfiyyat xidmətləri tərəfindən milli təhlükəsizliyə təhdidlərin çoxmərhələli yoxlanışından sonra baş verib.
Bu arada TikTok spikeri şirkətin Kanada hakimiyyətinin qərarına etiraz edəcəyini bildirib.
"TikTok-un Kanada ofislərinin bağlanması və yüzlərlə yaxşı maaşlı yerli iş yerinin məhv edilməsi heç kimin xeyrinə deyil. Biz bu qərara məhkəmədə etiraz edəcəyik", - o deyib. .
Xatırladaq ki, aprel ayında ABŞ prezidenti Co Bayden TikTok-un ABŞ-da qadağan edilməsinə icazə verən qanunu imzalamışdı.
Oxuməni.az