Rusiya Federasiyası Əsədə hərbi yardım vəd edib

Rusiya Federasiyası Əsədə hərbi yardım vəd edib

30 Noyabr 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyadakı müxalif qüvvələr Hələbə hücumu zamanı şəhərin mərkəzi hissəsinə çatıb. Eyni zamanda, diktator Bəşər Əsədin hakim rejiminin nəzarətində olan ordu yerli hava limanını və yolları bağlayır.

Bu barədə “Reuters” xəbər verir.

Üç hərbi mənbə Qərb jurnalistlərinə bildirib ki, Suriya hakimiyyəti Hələb hava limanını, eləcə də şəhərə daxil olan bütün yolları bağlayıb. Səbəb isə artıq Hələbin mərkəzinə çatan üsyançıların sürətlə irəliləməsidir.

İki hərbi mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, Suriya diktatoru Əsədin əsas tərəfdaşlarından biri olan Rusiya üsyançıların irəliləməsini dayandırmaq üçün Dəməşqə əlavə hərbi yardım vəd edib.

Qeyd olunur ki, Moskvadan bu cür yeni texnika Suriyaya yaxın 72 saat ərzində gəlməyə başlayacaq.

Bir neçə ordu mənbəsi Qərb xəbər agentliyinə bildirib ki, Suriya Ərəb Ordusuna (SAA) üsyançıların daxil olduğu şəhərin əsas bölgələrindən “təhlükəsiz geri çəkilmə” əmri verilib.

Oxuməni.az