“HƏMAS” və “FƏTH” münaqişədən sonra Qəzzanı idarə etmək üçün komitə yaradacaq

“HƏMAS” və “FƏTH” münaqişədən sonra Qəzzanı idarə etmək üçün komitə yaradacaq

3 Dekabr 14:23
Bəyəndim (0) Bəyənmədim (0)



Fələstinin “HƏMAS” və “FƏTH” təşkilatları müharibədən sonrakı Qəzza zolağının idarə olunması üçün birgə komitə yaratmaq barədə razılığa gəliblər. “TASS” xəbər verir ki, bu barədə “AFP” agentliyi danışıqların iştirakçılarına istinadən məlumat yayıb.
Onlar Qahirədə baş tutan danışıqlardan sonra saziş layihəsini təsdiqləyiblər.
Sənədə əsasən, birgə komitəyə humanitar yardım, təhsil, səhiyyə, iqtisadiyyat və İsraillə müharibə başa çatdıqdan sonra Qəzza zolağının yenidən qurulmasına cavabdeh olan 10-15 nəfər daxil olacaq.
Noyabrın 30-da “HƏMAS” nümayəndə heyətinin Qəzza zolağında mümkün atəşkəs barədə Misir nümayəndələri ilə danışıqlar aparmaq üçün Qahirəyə gedəcəyi bildirildi.
Almaz Həsənli