Bolqarıstan hökuməti Ukraynaya yeni hərbi yardım paketinin ayrılması barədə qərar qəbul edib

Bolqarıstan hökuməti Ukraynaya yeni hərbi yardım paketinin ayrılması barədə qərar qəbul edib

12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstan Ukraynaya müdafiə yardımı çərçivəsində müxtəlif növ silahlar, o cümlədən texnika və sursatlar verməkdə davam edir. Bunu Bolqarıstanın müdafiə naziri vəzifəsini icra edən Atanas Zapryanov deyib.

Qeyd olunur ki, silah, texnika və sursatın ayrılması barədə qərar müvəqqəti hökumətin son iclasında qəbul edilib. Bolqarıstan Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi, Sofiyadan Ukraynaya yeni yardım paketinin məzmununun tam siyahısı məxfidir.

Bu arada o da qeyd olunur ki, yardım 2022-ci ilin sonundan etibarən bağlanmış müqaviləyə uyğun olaraq verilir və o da məxfi olaraq qalır.

Oxuməni.az