Avropa komissarı Aİ-nin müdafiəsi üçün 100 milyard avro ayıracaq
Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius müdafiə üçün 100 milyard avro ayırmaq istəyir. Bu barədə “Politico” məlumat yayıb.
Kubilius Aİ-nin növbəti yeddiillik büdcəsindən müdafiəyə 100 milyard avro ayrılmasını istəyir, çünki 1 trilyon avrodan çox olan hazırkı yeddi illik büdcə müdafiəyə yalnız 10 milyard avro ayırır.
“Biz Rusiyanın təcavüzü ehtimalına hazır olmalıyıq... Əgər Ukraynada uğursuzluğa düçar olsaq, o zaman təbii ki, Rusiyanın Aİ ölkələrinə qarşı hərbi təcavüzü ehtimalı arta bilər”, - deyə o bildirib.
Aİ komissarı vurğulayıb ki, Aİ-nin düşməni Rusiya diktatoru Vladimir Putindir. O qeyd edib ki, Ukraynaya müharibədə qalib gəlmək üçün lazım olan dəstəyin verilməsi əsas məsələdir.
Oxuməni.az
Digər xəbərlər