Polşa Rusiya Federasiyası və Belarusla sərhədi qorumaq üçün Aİ-dən 52 milyon avro alacaq
Avropa İttifaqı Polşaya Rusiya Federasiyası və Belarusla sərhədlərini qorumaq üçün 52 milyon avro ayırıb. Bu barədə Polşa baş nazirinin ofisi məlumat yayıb.
Məlumatda deyilir: "Polşa Aİ sərhədlərinin mühafizəsi üçün 52 milyon avro alacaq. Bu vəsait "elektron müşahidə avadanlığının modernləşdirilməsinə, telekommunikasiya şəbəkələrinin keyfiyyətinin yaxşılaşdırılmasına və dronların aşkarlanması üçün avadanlıqların alınmasına "sərf olunacaq".
Dekabrın 11-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Finlandiya, Polşa və Baltikyanı ölkələrə xarici sərhədlərini Rusiya və Belarusdan “qorumaq” üçün 170 milyon avro ayrıldığını elan edib.
Oxuməni.az
Digər xəbərlər































































.jpg)
.jpg)
.jpg)
















