ABŞ-da təyyarə avtomobillərə çırpılaraq yarıya bölünüb
Texasın cənubunda təyyarə avtomobillərin üzərinə düşüb və ikiyə bölünüb. NBC xəbər verir ki, 4 nəfər xəsarət alıb.
Göyərtəsində bir pilotun olduğu ikimühərrikli Piper PA-31 idarəetməni itirərək magistral yola düşüb və üç avtomobilə çırpılıb.
Hadisə yerindən çəkilmiş fotolarda təyyarənin estakadanın yaxınlığında yarıya bölündüyü görünür. Federal Aviasiya Administrasiyası araşdırma apardığını bildirib.
Oxuməni.az
Digər xəbərlər