Lvova-Belova rusiyalı uşaqların Suriyadan tezliklə qayıtmasına ümid edir
Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova bu ölkədə vəziyyət sabitləşdikdən sonra rusiyalı uşaqların Suriyadan qayıtması ilə bağlı işlərin bərpa olunacağını gözləyir.
O qeyd edib ki, bu iş 2018-ci ildən Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə müvəkkil institutu tərəfindən həyata keçirilir.
“Əlbəttə, indi siyasi vəziyyət çox çətindir, lakin bu yaxınlarda biz başqa bir qrup - 26 uşağı gətirə bildik. Ümid edirəm ki, biz bu işi bərpa edəcəyik”, - Lvova- Belova "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
O əlavə edib ki, hazırda 119 uşağın sənədləri hazırdır, onlardan DNT testləri götürülüb. Uşaqların Rusiya Federasiyasında olan və bu uşaqları öz ailələrinə qəbul etməyə hazır olan nənə, bibi və dayıları ilə münasibətləri təsdiqlənib.
Oxuməni.az