Netanyahu Osvensimin azad edilməsinin 80-ci ildönümündə iştirak etsə, həbs olunmayacaq
İsrailin baş naziri Binyamin Netanyahu Polşanın Osvits-Birkenau faşist həbs düşərgəsinin Qırmızı Ordu tərəfindən azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlərə qatılacağı təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilməyəcək. Bu barədə jurnalistlərə Polşa hökumətinin başçısı Donald Tusk məlumat verib.
"Bəli, təsdiq edirəm. İsrail Dövlətinin baş naziri, ya prezidenti və ya təhsil naziri, indicə elan etdiyim kimi, onlardan kim Osventsimə tədbirlər üçün gəlsə, təhlükəsizliklə təmin olunacaqlar, onların heç biri saxlanılmayacaq”, - Tusk Seymdə (parlamentin aşağı palatası) mətbuata bildirib.
Bundan əlavə, Tusk əlavə edib ki, Polşa hakimiyyəti uzun müddətdir ki, yanvarın 27-də Osvensimdə keçiriləcək anım tədbirlərində yəhudi dövlətinin nümayəndə heyətinə kimin rəhbərlik edəcəyini bilir.
Oxuməni.az