Trüdonun istefadan sonra nə edəcəyi məlum olub
Kanadanın baş naziri Castin Trüdo yaxın aylarda planlaşdırılan istefasından sonra istirahət etmək və uşaqları ilə daha çox vaxt keçirmək niyyətindədir.
“İstirahət etmək, uşaqlarımla daha çox vaxt keçirmək üçün qısa fasilə vermək fürsətini səbirsizliklə gözləyirəm,”- hökumət başçısı MSNBC telekanalına müsahibəsində bildirib.Bu bardə Oxuməni.az TASS-a istinadla xəbər verir.
Trüdonun üç övladı var. 2023-cü ildə həyat yoldaşı Sofi Qrequardan boşanıb.
Yanvarın 6-da Trüdo hakim Kanada Liberal Partiyasının sədri vəzifəsini tərk edəcəyini və Liberalların yeni lideri seçildikdən sonra istefa verəcəyini açıqlayıb. Bundan əlavə, baş nazir bildirib ki, o, Kanadanın general-qubernatoru Meri Saymondan milli parlamentin işini martın 24-dək dayandırmağı xahiş edib. Belə bir tədbir ona müxalifət partiyalarının yanvarın sonuna planlaşdırdıqları etimad səsverməsindən yayınmağa imkan verəcək.
Kanada Liberal Partiyası martın 9-da onun yeni liderinin kim olacağını elan etmək niyyətindədir. Hələlik yalnız liberal deputat Çandra Arya bu vəzifə üçün mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.
Almaz Həsənli