Avropa İttifaqının nazirləri Suriyaya qarşı sanksiyaları yumşaltmağa razılaşıblar
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Bəşər Əsəd rejiminin devrilməsindən sonra Aİ-nin Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün yol xəritəsi üzərində razılığa gəliblər.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas sosial şəbəkədə bildirib.
“Aİ xarici işlər nazirləri indicə Aİ-nin Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün yol xəritəsini razılaşdırıblar”, - Kallas bildirib.
Eyni zamanda o qeyd edib ki, “səhv addımlar atılarsa” sanksiyaların götürülməsi ləğv edilə bilər.
Oxuməni.az
Digər xəbərlər