Vuçiç Serbiyada saxlanılan etirazçıları əfv etməyə hazır olduğunu bildirib

Vuçiç Serbiyada saxlanılan etirazçıları əfv etməyə hazır olduğunu bildirib

28 Yanvar 10:38
Bəyəndim (1) Bəyənmədim (0)

Serbiya prezidenti Aleksandar Vuçiç respublikada etiraz aksiyalarının həbsdə olan iştirakçılarının cinayət təqibindən azad edilməsi üçün ilk dəfə əfv hüququndan istifadə etməyə hazır olduğunu bəyan edib. Vuçiç bunu baş nazir Miloş Vuçeviç və parlamentin spikeri Ana Brnabiçlə xalqa birgə müraciəti zamanı deyib.

" Əsas məsələ aksiyalarda iştirak etdiyinə görə, saxlanılan tələbələrə qarşı cinayət işinin götürülməsi və başlanmış cinayət işlərinə xitam verilməsidir. Burada kiçik bir problem var: 13 tələbə və müəllimin barəsində dövlət ittihamçısı tərəfindən istintaq aparılır. Serbiyada 13 nəfərin hamısını əfv etmək lazımdır. Əgər işlər bu şəkildə getsə, mən hər gün əfv məsələləri ilə məşğul olacağam”, - Vuçiç qeyd edib.

Oxuməni.az