Tbilisinin girişində polis müxalifət liderlərindən biri olan Meliyanı saxlayıb

Tbilisinin girişində polis müxalifət liderlərindən biri olan Meliyanı saxlayıb

3 Fevral 10:39
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları müxalif “Axali” partiyasının liderlərindən biri Nika Melianı Tbilisinin girişində mitinqdə saxlayıblar. Bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Melia hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlbəyaxa dava nəticəsində saxlanılıb. Siyasətçinin hansı maddə ilə həbs edildiyi məlum deyil.

Tbilisidə Gürcüstan paytaxtının girişində mitinq keçirilib. “Tbilisi Mall” ticarət mərkəzinə toplaşan nümayişçilər paytaxta giriş-çıxışı əngəlləmək üçün yürüş keçirmək qərarına gəliblər. Qarşıdurma baş verib və nümayişçilər yolun Tbilisidən gedən hissəsini qismən bağlaya biliblər.

Oxuməni.az