Ukrayna fevralın ortalarında Keyt Kelloqun səfərini gözləyir
ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun fevralın ortalarında Kiyevə səfəri gözlənilir. Bu barədə Ukraynanın “Radio NV” nəşri mənbələrə istinadən məlumat yayıb.
“Səfərdən sonra Kelloq danışıqlar üçün Avropaya gedəcək, sonra isə onun Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyi gözlənilir”, - nəşrin mənbələrindən biri bildirib. 2025-ci ildə konfransın 14-16 fevral tarixlərində keçirilməsi planlaşdırılır.
Kelloqun Ukraynaya səfəri əvvəllər yanvarın əvvəlinə planlaşdırılsa da, qeyri-müəyyən müddətə təxirə salınıb.
Fevralın 1-də Trampın xüsusi nümayəndəsi Fox News telekanalında deyib ki, Amerika liderinin komandası Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün “möhkəm plan”a malikdir.
Əziz Mustafa, Oxuməni.az