Belçika  Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib

Belçika Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib

07:58
Bəyəndim (1) Bəyənmədim (0)

Belçikanın yeni baş naziri Bart de Vever Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.

“Biz yorulmadan Ukraynanı dəstəkləyəcəyik. Ölkəmiz təkcə Avropanın ürəyi deyil, həm də Avropa İttifaqının fəal dəstəkçisidir”,- o deyib.

Bundan əvvəl bildirilmişdi ki, Belçikanın yeni hökuməti Ukraynaya yardımı və Rusiyaya qarşı sanksiyaları davam etdirmək niyyətindədir. Nazirlər Kabinetinin mövqe sənədində deyilir ki, hökumət “Ukraynaya humanitar və hərbi dəstəyi saxlamaq niyyətindədir. Hakimiyyət həmçinin Rusiyaya qarşı “seçilmiş və effektiv” sanksiyaları saxlamaq və genişləndirmək niyyətindədir.

Belçikada partiyalar koalisiyası yeni kabinetin proqramı üzrə razılığa gəlib və bu, demək olar ki, səkkiz aylıq məsləhətləşmələrdən sonra tamhüquqlu hökuməti formalaşdırmağa imkan verib. Mötədil sağçı Yeni Flaman Alyansının (N-VA) lideri Bart de Wever baş nazir oldu.

Əziz Mustafa, Oxuməni.az