Qanunsuz miqrasiya Avropa üçün ən böyük təhlükəyə çevrilib

Qanunsuz miqrasiya Avropa üçün ən böyük təhlükəyə çevrilib

21 Fevral 07:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın vitse-prezidenti J.D.Vens nəzarətsiz miqrasiyanı Avropa ölkələri üçün əsas təhlükə adlandırıb və ABŞ-da da oxşar vəziyyətin yaranma riski barədə xəbərdarlıq edib. Bu barədə TASS məlumat yayıb.

O, Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxışı zamanı deyib ki, Qərb liderlərinin kütləvi miqrant axınına icazə vermək qərarı həm Avropanın, həm də ABŞ-ın təhlükəsizliyinə zərbə vurur.

Vens ABŞ-da demokratların hakimiyyətə qayıdışının ölkəyə genişmiqyaslı miqrasiyanın yenidən başlanmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edərək, Qərb sivilizasiyasını qorumaq üçün bu tendensiyanın dərhal dayandırılmasının vacibliyinə işarə edib.

Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında J.D.Vans bildirib ki, avropalılar nəzarətsiz miqrasiyaya qarşıdırlar.

“Avropa siyasi kursunu dəyişməzdən əvvəl miqrantlarla bağlı daha neçə faciə yaşamalıdır? "Bu qitədə heç bir seçici sərhədlərin milyonlarla qeyri-qanuni miqrant üçün açılmasına səs vermədi", - siyasətçi qeyd edib.

Əziz Mustafa, Oxuməni.az