ABŞ Ukraynanı NATO üzvü kimi görmür

ABŞ Ukraynanı NATO üzvü kimi görmür

3 Mart 08:22
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Uolts bəyan edib ki, bu gün ABŞ Ukraynanı NATO üzvü kimi görmür. Təhlükəsizlik təminatlarına gəlincə, onlar danışıqların predmeti olmalıdır.

Bu barədə CNN xəbər verir.

Trampın müşaviri deyir ki, Ukraynada istənilən sülh sazişinə “gələcək təhlükəsizliyin təmin edilməsi üçün müəyyən ərazi güzəştləri” daxildir. Bununla belə, ABŞ təhlükəsizlik zəmanətlərini verməyə tələsmir.

"Bu, Avropanın rəhbərlik etdiyi təhlükəsizlik zəmanətləri olmalıdır... Sonra, bilirsiniz ki, hansı növ dəstəyi verəcəyik və ya etməyəcəyimiz mövzusunda özümüzdən çox da irəli getməyək",- dedi.

Trampın müşaviri təhlükəsizlik zəmanətlərinin danışıqlar mövzusu olacağını qeyd edib. Lakin Ukraynanın NATO-ya üzvlüyü bunlara daxil deyil.

"Artıq aydındır ki, biz Ukraynanı NATO-nun üzvü kimi görmürük. Çünki bu, Amerika qoşunlarını avtomatik olaraq Ukraynaya cəlb edəcək", - Uolts CNN telekanalında deyib.

Əziz Mustata, Oxuməni.az