Donald Tusk Türkiyəni Ukraynadakı sülh prosesində əsas rol oynamağa çağırıb

Donald Tusk Türkiyəni Ukraynadakı sülh prosesində əsas rol oynamağa çağırıb

14:35
Bəyəndim (2) Bəyənmədim (0)


Polşanın baş naziri Donald Tusk Ankaraya səfəri zamanı Türkiyəni Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanmasında fəal rol oynamağa dəvət edib.Oxuməni.az “Euronews.com”a istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında Tusk qeyd edib ki, Rusiya 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri həm Türkiyə, həm də Polşa sülh istəyir.
Donald Tusk, Polşanın Baş Naziri: “Polşanın Ukrayna və Rusiya ilə bağlı mövqeyi bəllidir, Rusiyanın Ukraynaya təcavüzünün ilk günündən Türkiyə kimi Polşanın da əsas məqsədi və arzusu sülhdür.
Tusk əlavə edib ki, Varşava bu həftə Səudiyyə Ərəbistanında keçirilən danışıqları alqışlayıb və bu danışıqlarda Ukrayna ABŞ-ın təklif etdiyi və Moskvanın razılığı əsasında dərhal bir aylıq atəşkəsə razılaşıb.
"Məqsədimiz regionu sabitləşdirməkdir. Biz Ukraynanı yenidən qurmalıyıq", - deyən Tusk, "Bu, Polşa və Türkiyə şirkətləri üçün bir fürsətdir".
Öz növbəsində Türkiyə prezidenti vurğulayıb ki, Avropa İttifaqına üzvlük Ankaranın strateji hədəfidir: “Əgər Avropa İttifaqı öz gücünü və mövqeyini itirməsinin qarşısını almaq və hətta onu geri qaytarmaq istəyirsə, bunu ancaq Türkiyənin birliyə tamhüquqlu üzvlüklə edə bilər”, - deyə Ərdoğan bildirib.
İki liderin ikitərəfli və qlobal məsələləri müzakirə etmək üçün görüşdükdən sonra Ərdoğan jurnalistlərə bildirib ki, Türkiyə və Polşa NATO-nun şərq və cənub cinahlarında əsas müttəfiqlərdir.
Almaz Həsənli