ABŞ Ukrayna və Rusiya arasında dondurulmuş münaqişənin əleyhinədir

ABŞ Ukrayna və Rusiya arasında dondurulmuş münaqişənin əleyhinədir

08:45
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna Rusiya ilə dondurulmuş münaqişəyə girməyəcək. ABŞ Kiyevin mövqeyini dəstəkləyir.

Bunu Prezident Aparatının rəhbəri Andrey Yermak deyib.

"Biz çox açıq şəkildə demişik ki, biz heç vaxt dondurulmuş münaqişəyə getməyəcəyik. Biz bunun qəti əleyhinəyik və burada bizim mövqelərimiz amerikalı tərəfdaşlarımızla tamamilə üst-üstə düşür. Onlar həm də dondurulmuş münaqişənin əleyhinədirlər, onlar həm də qondarma "Minsk-3" və ya Budapeşt Memorandumu kimi hər hansı razılaşmaya qarşıdırlar", - Yermak qeyd edib.

O əlavə edib ki, Ukrayna ilə ABŞ arasında Səudiyyə Ərəbistanında keçirilən görüş çox uğurlu olub. Amma bu hələ başlanğıcdır. Ukraynanın hələ çox işi var.

Yermakın sözlərinə görə, Ukrayna sülh prosesi kontekstində baş verənlər barədə avropalı tərəfdaşlarını daim məlumatlandırır. Xüsusən də Kiyev və Vaşinqton Avropa nümayəndələrinin sülh prosesində iştirak edəcəkləri barədə razılığa gəliblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Rusiya ilə 30 günlük atəşkəsə başlamağa razılaşıb. ABŞ bu təkliflə çıxış edib. Mənbələrin məlumatına görə, məhz Ukrayna tərəfi atəşkəsin müvəqqəti olmasını təkid edib, çünki Kiyev dondurulmuş münaqişəyə imkan vermək istəmir.

Ukraynanın xarici işlər naziri Andriy Sıbiqanın izah etdiyi kimi, atəşkəs Rusiya ilə sülhə doğru ilk addım ola bilər. Eyni zamanda, Rusiya diktatoru Vladimir Putinin bu təşəbbüsə münasibəti birmənalı deyil. O, ABŞ-la bir sıra “nüansları” müzakirə etmək istəyir.

Əziz Mustafa , Oxuməni.az