Türkmən tələbələri məcburi şəkildə Stavropol universitetlərindən müharibənin getdiyi bölgələrə köçürürlər

Türkmən tələbələri məcburi şəkildə Stavropol universitetlərindən müharibənin getdiyi bölgələrə köçürürlər

14:08
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya Federasiyasında Şimali Qafqaz Federal Universitetində təhsil alan Türkmənistandan olan 7 gənc etiraz aksiyasına görə 10 sutka həbs edilib. "Kafkazskiy uzel" (“Qafqaz düyünü”) nün xəbərinə görə, tələbələr SKFU-nun qarşısına dinc şəkildə toplaşaraq, hüquqlarını rəhbərliklə müzakirə ediblər, lakin polis onları kobud şəkildə döyməyə başlayıb. Etirazın səbəbi universitet tərəfindən türkmən tələbələri Kursk və ya Belqorod vilayətinə məcburi köçürmə olub.

Tələbələrdən birinin nəşrə verdiyi məlumata görə, bu tədris ilində universitet 1000-dən çox Türkmənistan vətəndaşını qəbul edib. Çoxları dekabrın sonunda, sessiyanın əvvəlində gəldilər və dərhal təzyiqlərlə üzləşdilər. Onları hədələyiblər ki, imtahana buraxılmayacaqlar, rus dilini zəif bildiklərinə görə xaric olunacaqlar və onlara müharbə bölgələrində təhsil almağı təklif ediblər. Bəziləri qorxub və buna razılaşıb, bəziləri isə sadəcə olaraq sessiyaya hazırlaşmağa başladılar. Buna görə onlara təzyiq göstərməyə başlaybılar.

“Onları hər gün yataqxanada yoxlamağa başladılar. Otaq qarışıq idisə, sizi qovmaq üçün səbəblər tapırdılar. Oğlanları hər gün özləri barədə yataqxana komendantına məlumat verməyə məcbur edirlər.. Qeydiyyatdan keçməyəni dərhal universitetdən xaric edirlər. Bu yaxınlarda yataqxana komendantında qeydiyyatdan keçməyən 3 türkmən tələbəni universitetdən xaric ediblər"- deyə tələbələrdən biri "Kafkazskiy uzel"-ə -“Qafqaz Düyünü”nə bildirib.

Onun sözlərinə görə, sessiyada yaxşı nəticələr və səlis rus dili də administrasiyanın insanı rahat buraxacağına zəmanət deyil. Belə ki, bütün imtahan suallarına yaxşı cavab verən tələbələrdən biri müəllim tərəfindən yenidən imtahan vermək üçün komissiyaya göndərilib. Mənbənin sözlərinə görə, müəllim, administrasiyanın ona “bir dənə də türkmənin imtahana buraxılmaması” əmrini verdiyini etiraf edib.

Bu münasibətə görə SKFU-da bir çox oğlanlar əslində Şimali Qafqazın başqa şəhərlərinə köçməyə başladılar. Karaçayevsk, Çerkessk, Yessentuki və Maykop universitetləri abituriyentlərə onları qəbul etməyə hazır olduqlarını bildirən sertifikatlar veriblər. Lakin SKFU-da həmkarların fikirlərinə və tələbələrin özlərinin istəklərinə məhəl qoyulmayıb. Sonuncuların yalnız iki alternativi qaldı: Ukrayna ilə həmsərhəd olan və 2024-cü ilin avqustundan hərbi əməliyyatların davam etdiyi Belqorod və ya Kursk bölgələri.

Mənbə bildirib ki, nədənsə məcburi köçürmə yalnız türkmənlərə aiddir. Özbəklər, taciklər və ya ərəblər kimi digər əcnəbiləri tərk etməyə məcbur edilmir.

Martın 7-də tələbələr SKFU binasının qarşısına toplaşaraq ayrı-seçkiliyə etiraz ediblər və istədikləri universitetlərə köçürülməsini tələb ediblər. Lakin rəhbərlik onlardan imtina etməkdə davam etdi və sonda polisə müraciət etdi. Turkmen.com-un mənbələrdən əldə etdiyi videodan da göründüyü kimi, azı onlarla təhlükəsizlik qüvvəsi dinc dayanmış tələbələr qrupuna yaxınlaşaraq kobud güc tətbiq edərək, oğlanları saxlamağa başlayır.

“Orada qızlar da var idi və onlar günahsız oğlanları müdafiə etməyə başladılar. Onları, hətta qızı da döyməyə başladılar. İnsanlar qışqırırdılar: “Rus qanunu hanı?!” Onları niyə döyürsünüz?!" deyə mənbə əlavə edib.

Onun sözlərinə görə, ertəsi gün yataqxanalara yenidən baxış keçirilib. Səhər saat 5-6 radələrində universitet və polis əməkdaşları Türkmənistandan olan gənc oğlan və qızların otaqlarına soxulublar. Hadisə şahidlərindən biri bildirib ki, qonşusu Arslan Xocaniyazov pasportunu vermədiyi, sadəcə olaraq sənədi göstərdiyi üçün onu döyə-döyə polisə aparıblar.

Bu arada aksiyada saxlanılan şəxslər martın 8-də Stavropolun Leninski Rayon Məhkəməsi tərəfindən polis əməkdaşının qanuni tələbinə tabe olmamaqda, bəziləri isə xırda xuliqanlıqda təqsirli bilinib. Onlara 10 sutka inzibati həbs cəzası verilib.

Saxlanılanların adlarını təqdim edirik:

Atayev Qayqızız,
Annaev Axmet,
Amandurdıyev Saxıt,
Çaryev Osman,
Əmənov Rüstəmmühəmməd,
Saparov Hacımirat,
Məmmədov Dövlətmirat.
Prokurorlar iddia edirlər ki, saxlanılan şəxslərin hər biri “xidməti avtomobilin hərəkətinə mane olub, polisin qanunsuz hərəkətlərini dayandırıb xidməti avtomobilə keçməsi barədə göstəriş verdikdən sonra onlar qaçmağa cəhd ediblər”; və ya SKFU binasında kobud sözlər işlədib, bundan sonra o da polisdən gizlənməyə çalışıb. Təqsirləndirilən şəxslərin adları istisna olmaqla, məhkəmənin hökmləri eynidir.

Tələbələrin hüquqları vəkillər tərəfindən qorunur. Onlardan biri bildirib ki, vəkillər həbslə bağlı bütün qərarlardan apellyasiya şikayəti verir və SKFU-ya “tələbələrin təhsil və köçürmə haqqında şəhadətnamələrin verilməsi üçün ərizələrin təqdim edilməsi, bu cür sertifikatların verilmə tarixləri, habelə sənədlərin təqdim edilməsi barədə təsdiq edilmiş məlumat və sənədlərin təqdim edilməsi tələbi ilə vəkil sorğusu göndərir.

Əziz Mustafa, Oxuməni.az