
Çin dronlarla defibrilatorların çatdırılmasına başlayıb
Tezliklə, “ Hava-Yer.Həyat hər şeydən əvvəl gəlir” Layihəsi çərçivəsində Şençjenin bəzi meşə parklarında və bataqlıq ərazilərində (Quandun əyaləti, Cənubi Çin) defibrilatorları və ilk yardım dəstlərini çatdırmaq üçün dronlardan istifadə olunacaq. Oxuməni.az bu barədə “Jemin Jibao”ya istinadən xəbər verir.
Bu layihə ənənəvi ilk yardım sisteminin vaxt və məkan məhdudiyyətlərini aradan qaldırır ki, bu da ürək dayanması zamanı xəstələri uğurla xilas etmək şansını əhəmiyyətli dərəcədə artırır.
Layihənin işə salınması üçün hazırlıq işləri başa çatıb və o, tezliklə normal fəaliyyət göstərməyə başlayacaq, əlçatmaz ərazilərdə həyati xilasetmə yardımına tez və effektiv çıxışı təmin edəcək.
Almaz Həsənli
Digər xəbərlər