Latviya və Belarus sərhədində yeganə keçid məntəqəsi fəaliyyətini bərpa edib

Latviya və Belarus sərhədində yeganə keçid məntəqəsi fəaliyyətini bərpa edib

17 Mart 10:38
Bəyəndim (2) Bəyənmədim (0)

Belarusun Dövlət Sərhəd Komitəsi bazar günü axşam saatlarında Latviyanın Paternieki sərhəd-keçid məntəqəsində nəqliyyatın hərəkəti doqquz saatlıq fasilədən sonra bərpa edilib.

“Latviyanın “Paternieki” keçid məntəqəsinin (Belarus tərəfdə – Qriqorovşina) əməkdaşları saat 22:40-da hər iki istiqamətdə nəqliyyatın emalını bərpa ediblər”, - məlumatda deyilir.

Departament əlavə edib ki, Belarus-Latviya sərhədini keçən vətəndaşlar təxminən doqquz saat Latviyaya yola düşmək üçün gözləməli olublar.

“Hazırda 40-dan çox minik avtomobili Latviyaya yola düşməsini gözləyir”, - Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyindən bildiriblər.

Bundan əvvəl məlum olub ki, bazar günü günortadan sonra Latviya Belarusla sərhəddəki yeganə keçid məntəqəsindən keçən nəqliyyatın emalını dayandırıb. Baryerlər qoyuldu. Latviya tərəfi heç bir izahat verməyib.

Əziz Mustafa, Oxuməni.az