Suriya artilleriyası Livan ərazisinə zərbələr endirib

Suriya artilleriyası Livan ərazisinə zərbələr endirib

17 Mart 15:12
Bəyəndim (1) Bəyənmədim (0)

Suriya ordusunun artilleriyası Livan ərazisinə kütləvi hücuma keçib. Bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Suriyadan edilən hücum nəticəsində bir uşaq yaralanıb və onu xilas etmək mümkün olmayıb.

Atəş altında olan ərazilərin sakinləri evlərini tərk edərək Hermel şəhərinə doğru getməyə başlayıblar.

Martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində Suriyanın yeni rəhbərliyini dəstəkləyən təhlükəsizlik qüvvələri ilə Əsədə sadiq birliklər arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər eks-prezidentin ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.

Martın 10-da hakimiyyət bu bölgələrdə əməliyyatın başa çatdığını və Əsədə bağlı qüvvələrin zərərsizləşdirildiyini açıqlayıb. Son məlumatlara görə, Suriyanın qərbində münaqişə başlayandan silahlı qüvvələr arasında 250 nəfər, mülki əhali arasında isə 900 nəfər itki verib.

Əziz Mustafa, Oxuməni.az