
Səudiyyə Ərəbistanında onlarla insan əxlaqsız hərəkətə görə həbs edilib
Səudiyyə Ərəbistanında “əxlaqsız hərəkətlər” törətdiklərinə görə 50-dən çox adam həbs edilib. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.
Hakimiyyət saxlanılanları fahişəlikdə və dilənçilikdə şübhəli bilir. Masaj salonlarında “əxlaqsızlıq” törətdiklərinə, qadın və uşaqları küçələrdə dilənməyə məcbur etdiklərinə görə həbs olunanlar arasında onlarla xarici ölkə vətəndaşı da var.
Fevralın 12-də Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər əl Səud bildirib ki, ölkənin 2034-cü il Dünya Çempionatında spirtli içki satışına icazə verən qanunları dəyişdirmək planı yoxdur.
2024-cü ilin yanvarında Səudiyyə Ərəbistanının ilk içki mağazasını açmağı planlaşdırdığı bildirildi.
Səudiyyə Ərəbistanı İslam dünyasının ən mühafizəkar ölkələrindən biridir. Burada həm vətəndaşlar, həm də xarici vətəndaşlar üçün spirtli içkilərin istifadəsi tamamilə qadağandır.
Bununla belə, krallığın baş naziri və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud ölkə üçün “Vizyon 2030” inkişaf proqramında ənənəvi dəyərlərin mühüm rolunu qoruyub saxlamaqla Səudiyyə Ərəbistanını daha açıq və mütərəqqi dövlətə çevirmək arzusunda olduğunu bəyan edib.
Əziz Mustafa,Oxuməni.az