Tramp Putinlə danışıqlar gününü təyin edib

Tramp Putinlə danışıqlar gününü təyin edib

17 Mart 11:52
Bəyəndim (2) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.
Bu barədə “Reuters” yazır.
"Düşünürəm ki, Rusiya ilə işlərimiz yaxşı gedir. Görəcəyik, bəlkə çərşənbə axşamına qədər açıqlayacağımız bir şey olacaq. Çərşənbə axşamı prezident Putinlə danışacağam", - Amerika lideri Ağ Evin mətbuat katibliyinə deyib.
Tramp qeyd edib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir. "Biz torpaqdan danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir", - o əlavə edib.
Almaz Həsənli