ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona göndərməyi planlaşdırır

ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona göndərməyi planlaşdırır

17 Mart 15:41
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ Almaniyadakı bazalarından yüzlərlə texnika və avadanlığın Ermənistandakı poliqonlara göndərmək niyyətindədir. “RT”-nin tədqiq etdiyi sənədlərə əsasən, daşımaların Gürcüstan üzərindən həyata keçirilməsi planlaşdırılır. ABŞ dövlət satınalma portalının məlumatına görə, Birləşmiş Ştatlar Ordusunun Logistika Komandanlığı Almaniyanın Dulmen şəhərindəki hərbi bazadan Ermənistandakı Zar bazasına texnika daşımağı planlaşdırır.
Transfer iyulun 16-na planlaşdırılıb. Avqustun 7-dək davam edəcəyi gözlənilir. Almaniyaya qayıdış, nəqliyyat xidmətlərinin göstərilməsi üçün tenderdə göstərildiyi kimi, 21 avqust - 20 sentyabr 2025-ci il tarixləri üçün nəzərdə tutulub. Müqavilə Ermənistanın Armavir təlim poliqonundan Gürcüstanın Poti limanına avadanlığın daşınmasını da nəzərdə tutur.
Ümumilikdə, nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla 151 texnikanın daşınması planlaşdırılır.
Logistika ilə yanaşı, ABŞ ordusu Ermənistandakı poliqonda maşınların birbaşa Afrika donuz taununa qarşı yuyulması və dezinfeksiya edilməsi kimi xüsusi xidmətlər sifariş edir. Müqavilə çərçivəsində səkkiz təcili yardım maşını da Ermənistana göndəriləcək. Lakin tenderin bir şərti var: “diplomatik icazələrlə bağlı çətinliklər” səbəbindən avadanlıq Rusiya, Türkiyə və ya Azərbaycan ərazisindən keçə bilməz.
Avadanlıqların köçürülməsi planlaşdırılan Dulmendə ABŞ Ordusunun 405-ci Sahə Dəstək Briqadasının bölmələri yerləşir. Briqada Almaniya, Polşa, İtaliya, Hollandiya, Belçika və digər ölkələrdə arsenal və anbar bazaları şəbəkəsini dəstəkləyən Avropa və Afrika teatrlarında ABŞ qüvvələri üçün əsas logistika operatorudur.
Almaz Həsənli