Türkmən qadınları indi yalnız sarı rəngdə geyinməlidirlər

Türkmən qadınları indi yalnız sarı rəngdə geyinməlidirlər

17 Mart 16:13
Bəyəndim (2) Bəyənmədim (0)


Aşqabadda subay qadınlardan işdə sarı yaylıq baqlamaq, evli qadınlardan isə sarı paltar geyinmək məcburi olaraq tələb olunur. “Azadlıq” radiosunun türkmən xidməti yazır ki, belə bir sərəncam martın əvvəlində ortaya çıxıb.
Jurnalistlərin sözlərinə görə, geyimin rənginə dair yeni tələblərə əməl etməkdən imtina edənlər işdən çıxarılmaqla hədələnib. Praqadakı Çarlz Universitetinin Mərkəzi Asiya üzrə eksperti Slavomir Qorak deyib: “Bu “qaydalar” heç bir hüquqi sənədə əsaslanmır: “Onlar çox vaxt prezidentin və ya onun ailə üzvlərinin bəzi xəbərdarlığına, şərhinə və ya “tövsiyyəsinə” əsaslanır.
Sarı yaylıq baqlamaq qaydası qadınların xarici görünüşü ilə bağlı sifarişlərin davamı olub və ictimai rezonansa səbəb olub. "Bu nə vaxt bitəcək? Qadın ləyaqətinin alçaldılması nə vaxt dayanacaq?" – adının açıqlanmasını istəməyən “Azatlık”ın həmsöhbəti deyib.
Sərdar Berdımuhammedov atasının yerinə prezident olduqdan sonra Türkmənistan qadınlara qarşı məhdudiyyətləri gücləndirdi. Onlara kosmetikadan istifadə etmək, kontur çəkdirmək, manikür etmək, saçlarını rəngləmək, dar paltar və cins şalvar geyinmək, avtomobil sürmək və ya avtomobilin ön oturacağına minmək qadağan edilib. Ölkədə abort da faktiki olaraq qadağan edilib. Qadınlar bu qaydalara əməl etmədiklərinə görə saxlanılır, cərimələnir və hətta işdən qovulurlar.
Almaz Həsənli