Polşa və Baltikyanı ölkələr Piyada Əleyhinə Mina Konvensiyasından çıxırlar

Polşa və Baltikyanı ölkələr Piyada Əleyhinə Mina Konvensiyasından çıxırlar

18 Mart 16:29
Bəyəndim (0) Bəyənmədim (0)


Litva Piyada Əleyhinə Mina Konvensiyasından (Ottava Konvensiyası) çıxmaq barədə qərarını elan edib, Polşa, Latviya və Estoniya da bu qərara qoşulub, Litva Müdafiə Nazirliyinin mətbuat xidməti çərşənbə axşamı bildirib.

"Son illərdə Belarus və Rusiya ilə həmsərhəd dövlətlər üçün hərbi təhdidlər əhəmiyyətli dərəcədə artıb, ona görə də bu ölkələrin çəkindirici və müdafiə potensialının gücləndirilməsi vacibdir. İntensiv müzakirələrdən sonra Baltikyanı ölkələr və Polşanın müdafiə nazirləri tərəfindən razılaşdırılan Ottava Konvensiyasından çıxmaq barədə yekdil qərar qəbul ediblər. Bu qərara əsasən Polşa və Pribaltika ölkələri öz ərazilərinin təhlükəsizliyini təmin etmək üçün piyada əleyhinə minalardan istifadə edəcəklər",-deyə məlumatda vurğulanır.

Prosedurun başa çatdırılması üçün qərarın Litva Prezidenti və Parlamenti tərəfindən təsdiqlənməlidir.

Vurğulanır ki, “Hətta Ottava Konvensiyasını denonsasiya etməklə belə, Litva müharibənin aparılması üsulları və texnikası və mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüququn tanınmış prinsip və normalarına riayət etməyə davam edəcək”.

Əziz Mustafa, Oxuməni.az