İstanbul meri Əkrəm İmamoğlu saxlanılıb

İstanbul meri Əkrəm İmamoğlu saxlanılıb

19 Mart 10:14
Bəyəndim (2) Bəyənmədim (0)



İstanbul meri Əkrəm İmamoğlu korrupsiyada şübhəli bilinərək saxlanılıb. Bu barədə “CNN Türk” şəhər prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, şəhər merinə qarşı aparılan istintaq çərçivəsində İmamoğlunun mətbuat müşaviri Murat Ongun da daxil olmaqla yüz nəfərin həbsinə order verilib.
İmamoğlunun saxlanılması ilə bağlı bir müddət əvvəl məlum olub. O, polisin müşayiəti ilə məhkəməyə aparılıb. Merin iqamətgahında axtarışların aparıldığı da qeyd edilir.
Bundan əvvəl “Sabah” qəzeti İstanbulda tender və müqavilələrlə bağlı böyük antikorrupsiya əməliyyatı elan etmişdi.
Bu günlərdə İstanbul Universiteti Baş Prokurorluğun müraciətindən sonra İmamoğlunun diplomunu ləğv edib. İstanbul meri əvvəlcə Şimali Kiprdə universitetdə təhsil alıb və o zaman təhsil müəssisəsi rəsmi olaraq tanınmasa da, oradan təhsilini davam etdirmık üçün İstanbula gəlib.
Almaz Həsənli