NASA Ayın səthindən gün batımının necə göründüyünü göstərib

NASA Ayın səthindən gün batımının necə göründüyünü göstərib

19 Mart 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 2-də NASA-nın elmi və texniki nailiyyətlərini nümayiş etdirmək üçün Firefly Aerospace-ə məxsus
Blue Ghost Mission 1 aparatı Aya endi. Firefly Aerospace-in Blue Ghost Mission 1 kosmik aparatı martın 16-da isə öz missiyasını başa vurub.

Blue Ghost Mission 1 aparatı NASA-nın 10 elmi alətini Ayın yaxın tərəfindəki Mare Crisium hövzəsinə çatdırdı. Uçuş zamanı Blue Ghost bir neçə fotoşəkil və video,o cümlədən Ayın səthindən tam günəş tutulması və qürubun görüntülərini çəkib.

Missiya sona çatana qədər, təxminən 14 gün davam edib.

Blue Ghost Mission 1 aparatının missiyası Aya ən uzunmüddətli kommersiya missiyası oldu.

Missiya zamanı Blue Ghost Yerə 119 giqabayt, o cümlədən 51 giqabayt elmi və texniki məlumat ötürdü. Bununla da alimlərə elmi tədqiqatlar aparmaq və təhlil üçün əlavə məlumat toplamaq o cümlədən tutulma və Ayın qürub zamanı üçün əlavə imkanlar verildi.

Əziz Mustafa, Oxuməni.az