
BƏƏ 10 il ərzində ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar sərmayə qoyacaq
Birləşmiş Ərəb Əmirlikləri 10 il ərzində ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar sərmayə qoyacaq, Ağ Evin bəyanatında deyilir.
İnvestisiya planları ABŞ prezidenti Donald Tramp və BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed əl-Nayhyan arasında bu həftə keçirilən görüşdən sonra açıqlanıb.
“Yeni plan BƏƏ-nin ABŞ iqtisadiyyatına, o cümlədən süni intellekt infrastrukturuna, yarımkeçiricilərə və enerjiyə, eləcə də ABŞ sənaye sektoruna yatırdığı cari investisiyaların əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər