
NASA Aya qadın və qaradərili göndərmək planından imtina edib
Amerika kosmik agentliyi NASA Aya ilk qadın və ilk qaradərili göndərmək planından imtina edib. Bu barədə Guardian qəzeti məlumat yayıb.
Bu, 1972-ci ilin dekabrında Apollon missiyasından sonra ilk dəfə 2027-ci ildə Aya insanları gğndərməyi planlaşdıran kosmik agentliyin Artemis proqramının mərkəzi hissəsi idi.
Qəzet qeyd edib ki, agentlik öz internetdəki "Artemis" səhifəsindən bu ifadəni çıxarıb: “NASA əvvəlkindən daha çox Ay səthini tədqiq etmək üçün innovativ texnologiyadan istifadə edərək ilk qadını, ilk rəngli insanı və ilk beynəlxalq astronavtı Aya endirəcək”.
NASA sözçüsü Allard Beutel Guardian-a bildirib ki, seqment ABŞ prezidentinin federal agentliklərdə müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) təcrübələrini kökündən çıxarmaq əmrinə görə çıxarılıb.
Martın əvvəlində məlum olub ki, ABŞ Müdafiə Nazirliyi 1945-ci ildə Yaponiyaya atom bombası atan təyyarəçi Enola Geyin fotosunu öz saytından silib.
Əziz Mustafa, Oxuməni.az