
Britaniya və ABŞ Putinə təzyiqləri davam etdirmək barədə razılığa gəliblər
Prezidenti Donald Tramp və Britaniyanın baş naziri Keir Starmerlə telefonla danışıb. Söhbət zamanı Ukrayna münaqişəsinin həlli məsələsi əsas müzakirə hədəfi olub.
Bu barədə Bloomberg Britaniya hökumətinin saytına istinadən məlumat yayıb.
Açıqlanan məlumata görə, tərəflər Böyük Britaniya və ABŞ-ın iqtisadi rifahı haqqında saziş üzrə öz komandaları arasında məhsuldar danışıqları müzakirə ediblər.
Bundan əlavə, Starmer və Tramp Ukraynadan danışıblar. Xüsusilə, baş nazir prezidentə martın 27-də Parisdə keçirilən “İstəklilər Koalisiyası”nın toplantısında məhsuldar müzakirələrdən danışıb. Tərəflər həmçinin Rusiya diktatoru Vladimir Putinə təzyiqlərin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.
"Liderlər Putinə qarşı kollektiv təzyiqin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər", - Britaniya hökumətinin saytında deyilir.
Eyni zamanda Tramp və Starmer yaxın günlərdə əlaqə saxlamağa razılaşıblar.
Bu arada NBC News telekanalına müsahibəsində Donald Tramp Ukraynada BMT-nin himayəsi altında müvəqqəti hökumət” ilə bağlı bəyanatına görə Vladimir Putini sərt şəkildə tənqid edib. O deyib ki, atəşkəs razılaşması olmadığı təqdirdə bir ay ərzində Rusiya neftinə əlavə rüsumlar tətbiq ediləcək.
Əziz Mustafa, Oxuməni.az