Windows-dan “Ölümün mavi ekranı” silindi

Windows-dan “Ölümün mavi ekranı” silindi

31 Mart 13:51
Bəyəndim (2) Bəyənmədim (0)

Microsoft şirkəti Windows 11-dən “Ölümün mavi ekranı”nı (ing.Blue Screen of Death, BsoD-red.) silib.Bu barədə “Lenta.ru” şirkətin bloqundakı verilən məlumata istinadla xəbər verir.
Yenilik Windows 11 KB5053658-in ilkin baxış versiyası üçün dəyişikliklərin bir hissəsi oldu. "Biz gözlənilməz yenidən yükləmələr üçün Windows 11-in dizayn prinsiplərinə daha yaxşı uyğun gələn və istifadəçiləri mümkün qədər tez məhsuldarlığa qaytarmaq məqsədimizi dəstəkləyən yeni, daha sadələşdirilmiş istifadəçi təcrübəsi təqdim edirik," - şirkətdə qeyd ediblər.
Dəyişikliklərin bir hissəsi olaraq, kritik xətanı bildirən ekran yaşıl rəngə çevriləcək. Həmçinin, problem yaranarsa, kədərli gülüş və QR kodu artıq ekranda görünməyəcək. Microsoft qeyd edib ki, yeni ekran köhnədən daha uyğun və minimalist hiss edilir.
"Ölümün mavi ekranı" Windows-da kritik səhv mesajı üçün jarqon terminidir. BSoD ilk dəfə 1993-cü ildə buraxılmış Windows NT 3.1-də ortaya çıxmışdı.

Almaz Həsənli