
Fransada güclü yağışlardan sonra daşqınlar baş verib
Ölkənin cənub-qərbində yerləşən Nouvelle-Aquitaine bölgəsindəki Fransanın Perige kommunası 30 ildən artıqdır ki, görünməmiş daşqınlara məruz qalıb. Bu barədə BFMTV kanalı məlumat yayıb.
“Çərşənbə axşamı gecəsi Perige bölgəsindəki İle çayında suyun səviyyəsi 3,43 metr artıb ki, bu da 1993-cü ildən bəri ən yüksək səviyyədir”, - məlumatda deyilir.
Hesabatda daşqınların Pasxa həftəsonu yağan güclü yağışlar nəticəsində başladığı bildirilib. Bir neçə çay öz sahilindən çıxıb.
Perigueux merinin birinci müavini Aymerik Lavitolanın sözlərinə görə, hakimiyyət böhran qrupu yaratmalı, vəziyyətə nəzarət etmək və lazım gəldikdə əhaliyə yardım göstərmək üçün müxtəlif xidmət və təhlükəsizlik qüvvələrini yerləşdirməli olub.
Bu il martın ortalarında İndoneziyanın paytaxtı Cakartada 29 məhəllə su altında qalıb.
Əziz Mustafa, Oxuməni.az