Vuçiç Aİ-nin təzyiqlərinə baxmayaraq, mayın 9-da Moskvaya səfər etməyi planlaşdırdığını təsdiqləyib

Vuçiç Aİ-nin təzyiqlərinə baxmayaraq, mayın 9-da Moskvaya səfər etməyi planlaşdırdığını təsdiqləyib

2 May 11:33
Bəyəndim (7) Bəyənmədim (0)

Serbiya prezidenti Aleksandar VucicAvropa İttifaqının (Aİ) təzyiqlərinə baxmayaraq, mayın 9-da Moskvaya səfər etmək və Qələbə bayramında iştirak etmək niyyətində olduğunu bildirib.

"Mən Rusiya prezidenti Vladimir Putinə mayın 9-da Rusiyaya gələcəyimi dedim. Bu sözü mən xalqıma, hamıya verdim. Başıma bir şey gəlməsə və ya Serbiya üçün inanılmaz təhlükə olmasa Moskvaya paradda iştirak etməyə gedəcəm", - Vuçiç deyib..

Vuçiç Aİ-də onun Moskvaya səfərinə həddindən artıq diqqətin göstərilməsindən çaşdığını da dilə gətirib:

"Onların başqa mövzuları yoxdur, dünya yanır, Ukrayna ilə, elektrik kəsilməsi ilə nə edəcəklərini bilmirlər. "Təsəvvür edin, Serbiyada elektrik 24 saat kəsilsəydi, bizi ayağımızdan asardılar".

Serbiya prezidenti əlavə edib ki, istənilən nəticələri, o cümlədən mümkün sanksiyaları qəbul etməyə hazırdır, lakin səfəri ləğv etmək niyyətində deyil.

Əziz Mustafa, Oxuməni.az